TƏHSİL FORUMU

Join the forum, it's quick and easy

TƏHSİL FORUMU
TƏHSİL FORUMU
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Aşağa gitmek
Admin
Admin
Admin
İsmarıc sayı : 186
Xal : 308
Kayıt tarihi : 03/08/10
Yaş : 41
Şəhər/ölkə : Azerbaycan,Yevlax

Təlim məqsədlərinin taksonomiyası: 2-ci hissə Empty Təlim məqsədlərinin taksonomiyası: 2-ci hissə

C.a. İyul 26, 2012 4:38 pm
Təlim məqsədlərinin-dedikdə məzmun tərəfi öyrəniləcək bilik,
bacarıq və vərdişlər nəzərdə tutulur.Təhsil məqsədlərinin məzmunu və sistemi
fənn kurikulumlarında əks olunur.Təlim
məqsədləri 3 aspektdə -təhsil,inkişaf və tərbiyə aspektində açıqlanır.Müasir psixologiyada
bu problemin yeni konsepsiyaı-taksanomiya konsepsiyası formalaşıb.


Taksonomiya-yunan sözüdür(“Taxus”-qayda
ilə yerləşmə + “ Namos”- qanun deməkdir). Təlim məqsədlərinin şəbəkəli və ya
sistemli təsnifatına taksonomiya deyilir. Şəbəkələr düzülüşünə malik olan
mürəkkəb fəaliyyət sahələrinin sistemli nəzəriyyəsinə taksonomiya deyilir.


Təlim məqsədlərinin taksonomiyası
tədris prosesinin elmi-metodik səviyyədə planlaşdırmaq və onun nəticəsini ölçmək
imkanını verir.


Amerika psixoloqu B.Blumun
taksonomiyası 4 prinsip əsasında yaradılmışdır:


Praktik istiqamət prinsipi- taksonomiya məqsədəuyğunluq
nəzəriyyəsini əks etdirməli, müəllim-praktik üçün effektiv vasitə olmalıdır.


Psixoloji prinsip: taksonomiya psixologiya elminin müasir
nəaliyyətlərinə əsaslanmalıdır.


Məntiqlilik prinsipi: taksonomiya məntiqi baxımdan tamamlanmış və mükəmməl daxili bitkinliyə
malik olmalıdır.


Obyektivlik prinsipi: məqsədlərin təsnifatı onların
dəyərlərinin təsnifatı demək deyil.





Blumun taksonomiyası ən universal bir model kimi tədbiq
olunmaqdadır. Bu taksonomiyalar sadədən mürəkkəbə doğru düşünmə bacarıqlarının
6 səviyyədə təşkilini təmin edir.


Bu prinsiplər nəzərə alınmaqla koqnitiv sahədə təlim məqsədlərinin
bilik, analama, tədbiq, analiz, sintez, qiymətləndirmə kimi 6 səviyyəsi
müəyyənləşdirilmişdir.


Analiz+sintez=təfəkkür-B.Blum
taksonomiyasının əsas taksonomik düsturu belədir. Təfəkkür prosesi- hər şeydən
əvvəl analiz, sintez və ümumiləşdirmə prosesidir. Düşünmək, fikirləşmək-fundamental psixoloji
fenomendir. Fikirləşmək bacarığı B.Blumun taksonomiyasında spesifik təlim
məqsədidir. B.Blum şagirdlərin qeyri-adi “fikirləşmə” fenomeninin
mənimsənilməsinin inkişaf konsepsiyasının prioritet sahəsi hesab edirdi.
“Fikirləşmə” fenomenini həmişə görkəmli mütəfəkkirlər köklü psixoloji ölçülərlə
dəyərləndirmişlər. T.Edisson deyirdi: sivilizasiyanın başlıca məqsədi insana
fikirləşməyi öyrətməkdir. L.N.Tolsdoy vaxtı ilə bu məsələni açıqlamışdır:
Biliyi yaddaşa görə deyil, Mühakiməyə görə qiymətləndirmək lazəmdır. Onun
fikrincə bilik ancaq o zaman bilik olur ki, hafizə ilə deyil, fikrin öz səyi ilə
mənimsənilir.


Dövrun pedoqoji təfəkkürünün meyarlarını əks etddirən təlim
məqsədləri tədqiqad obyekti kimi Ə.Əlizadə yaradıcılığında önəmli yerlərdən
birini tutur. Təlim anlamının 3 köklü meyarının- təhsil, inkişaf və tərbiyyə
meyarlarının yeni pedoqoji təfəkkürün uğurları kimi qiymətləndirən Ə.Əlizadə
1996-cı ildən Azərbaycanda ilk dəfə təlim məqsədlərini sistemli şəkildə
xarakterizə etmək üçün “ taksonomiya” anlamından istifadə edib.


Ə. Əlizadə ilk dəfə üç tərkibli taksonomiya yaratmışdır.
Əsas taksonomik kateqoriyalar 1-ci bölmədə- təhsil, 2-ci bölmədə inkişaf
etdirici, 3-cü bölmədə tərbiyə edici təlim məqsədlərinə görə təsnif olunmuşdur.
1 ci bölmə 2 blokdan ibarətdir 1. bilik, 2. bacarıq və vərdişlər sistemi.


Müəllif 1-ci blokun mahiyyətini belə açıqlayır: şagirdlərdə
nəzəri təfəkkürü formalaşdırmaq üçün tədris materialı müxtəlif istiqamətlərdə
araşdırılmalıdır. 1-ci bölmənin 2-ci bloku bacarıq və vərdişlərin sistemli
öyrədilməsini nəzərdə tutur. 2 ci bölmə isə dərsin inkişaf etdirici
məqsədlərini əks etdirir. İntellektin strukturu və inkişafı problemi sayəsində
aparılmış tədqiqatların nəticələrinə əsasən 2 ci bölmədə təfəkkür, təxəyyül və
hafizənin inkişafına xüsusi diqqət yetirilmişdir. Ə.Əlizadə taksonomiyasında
təhlil və tərkib idrak fəaliyyətinin “ ümumu məxrəci kimi dəyərləndirilir,
onların əsasında bütün fikri proseslərin eləcədə tədris əməliyyatlarının və intellektual
bacarıqlarının formalaşması nəzərdə tutulur. 3-cü bölmədə şəxsiyyətin
formalaşması ilə bağlı bütün ölçüləri özündə birləşdirən təlimin tərbiyəedici m


əqsədləri təsnif edilir.


1. Təhsil taksonu.


a) faktorları bilmək;


b) ümumi məfhumları,
funksiyaları, səbəb- nəticə əlaqələrini bilmək;


c) hadisələri izah və
şərh etmək ;


ç) Bacarıq və
vərdişlər sistemini bilmək


Aktivliyin 1-ci dərəcəli instrumental əsası bilikdir. Bəzi
psixoloji konsepsiyalarda insanın dünyaya instrumental münasibəti sosializasiya
prosesləri kimi mənalandırılır.


Pedoqoji
psixologiyada biliyin özünəməxsus təfsiri var. Petrovskinin qeyd etdiyi kimi
bilik dünya haqqında məlumat deyil onun funksional aspektləri var. Bilik
vasitəsilə insanlar sosial münasibətlər sisteminə qoşulur. Öyrənmə
taksonomiyasında biliklər müxtəlif konteksdə açıqlanır. Biliklər aktivliyin
instrumental əsasıl kimi vərdişlər və bacarıqlarla şərtlənir. Bu prosesdə
fəaliyyət avtomatlaşmır, ancaq onun müəyyən elementləri avtomatlaşır.


Bu kökdə bacarıqlar
əmələ gəlir. Bacarıqlar kökündə davranış və fəaliyyət modelləri mənimsənilir.
Öyrənmə prosesinin əsaslı vasitələrindən biri xatırlama ilə bağlıdır. Xatırlama
mahiyyətcə H afizə fenomenidir.
Biliklərin tədbiqi prosesində yaradıcı təfəkkürün və yaradıcı təxəyyülün rolu böyükdür. Ancaq bu
prosesdə aktivliyin vərdişlər və bacarıqlar kimi instrumental əsasları mühüm rol oynayır.


Qiymətləndirmədə
ideyalar, məlumatlar, haqqında mühakimə yürütmək, mühüm qərarlar çıxartmaq,
münasibət bildirmək sinif məkanında qiymətləndirmə mühüm yer tutur.


2-ci inkişaf taksonları:


1. analiz


2. sintez


3. müqayisə


4. ümumiləşdirmə


5. mücərrədləşdirmə


6. aglın keyfiyyətləri


7. koqnitiv və kreativ proseslər


inkişaf taksonları çox cəhətlidir. Analiz-sintez prosesləri təfəkkürün
başlıca otributudur. Lakin bu prosesə sistemli yanaşmaq şagirdlərdə müqayisə, ümumiləşdirmə
və mücərrədləşdirmə əməliyyatlarının formalaşmasına xüsusi diqqət yetirilməlidir.
Intellektin sturukturunda əqli keyfiyyətlərin rolu önəmlidir. Şagirdlərdə əqli keyfiyyətlərin
formalaşması onların intellektual inkişafının mühüm istiqamətlərindən biri olmalıdır.
Agılın dərinliyi, genişliyi, sürəti, müstəqillyi v.s son dərərcə dəyərli keyfiyyətlərdir.
Onlar bir-biri ilə əlaqədardır.


Inkişaf taksonlar sistemində təfəkkürün, təxəyyül, hafizə və
nitqin inkişafı problemlərdə aid edilib. Taksonda təfəkkür və əqli keyfiyyətlər
psixoloji aspektd ayird edilir və şərtləndirilir.





2- ci inkişaf taksonu;


a) nəzəri təfəkkür;


b) intellektual
hisslər;


c) təxəyyül


ç) intellektual bacarıqlar



d) nitq materiallarını
öz sözləri ilə nəql etmək;


e) tənqidi təfəkkür


3- cü Tərbiyə taksonu:


a)tarixi yaddaş;


b) mənlik şüuru;


c) özünü dərk etmə;


ç) özünü qiymətləndirmə;


d) emosional qiymət;


e) milli mənəvi
keyfiyyətlər;


Ə.Əlizadənin 3 tərkibli taksanomiyasının yeni variantı:


Öyrənmə-İnkişaf-mədəniyyət.


1-ci öyrənmə taksonları



1. bilik


2. vərdiş


3. bacarıq


4. anlama


5. tədbiq


6. qiymətləndirmə.
Əvvələ qayıt
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.