- Se-vinc
- İsmarıc sayı : 9
Xal : 17
Kayıt tarihi : 02/06/14
Müəllimlərin yerdəyişməsi üçün müsahibə proqramı
C.a. İyun 26, 2014 11:30 am
Müəllimlərin yerdəyişməsi üçün müsahibə proqramı
1. Peşəkar kompetensiyalar
1.1. İxtisas üzrə bilik və bacarıqlar (ümumi təhsil proqramları (kurikulumları) çərçivəsində);
1.2. Metodiki biliklər (pedaqoji prosesin təşkili, müasir dərs və ona verilən tələblər, müasir təlim strategiyaları, yeni fənn kurikulumları, qiymətləndirmə konsepsiyası sahəsində bilikləri).
2. Təhsil sahəsində məlumatlılıq, dünyagörüşü, şəxsi keyfiyyətlər
2.2. Ölkədə təhsil islahatları, ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları);
2.3. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu;
2.4. Emosional stabillik, situasiyanı adekvat qiymətləndirmə bacarığı;
2.5. Analitik təhlil aparmaq, problem həll etmək və qərar vermək qabiliyyəti;
2.6. Dinləmə və ünsiyyətqurma bacarıqları.
3. Müsahibənin nəticələrinin qiymətləndirilməsi
3.1. Peşəkar kompetensiyalar – 35 bal (ixtisas üzrə bilik və bacarıqlar – 25 bal, metodiki biliklər – 10 bal).
3.2. Təhsil sahəsində məlumatlılıq, dünyagörüşü, şəxsi keyfiyyətlər – 5 bal (hər bir meyar üzrə 1 bal).
Qeyd:
1. “Müəllimlərin yerdəyişməsi üzrə müsabiqədə iştirak edən namizədlərin elektron ərizələri əsasında təhsil və nailiyyət göstəricilərinin qiymətləndirilməsi meyarları” üzrə proqram təminatı vasitəsilə hər bir namizədin qiymətləndirməsi aparılır.
2. Müsahibə iki mərhələdə həyata keçirilir. Birinci mərhələ yazılı formada kompyuter vasitəsilə keçirilir: müəllimlər ixtisas və metodika üzrə yazılı sualları 1 saat ərzində cavablandırır, dərhal proqram təminatı vasitəsilə qiymətləndirmə aparılır və düzgün cavabların sayı müəyyən edilir.
İkinci mərhələdə yüksək bal toplayan şəxslərlə (yerdəyişmə üçün müraciət edənlərin sayından asılı olaraq komissiya tərəfindən müsahibəyə buraxılanların faizi müəyyənləşdiriləcək) şifahi müsahibə aparılır, təhsil sahəsində məlumatlılıq, dünyagörüşü və şəxsi keyfiyyətlər qiymətləndirilir. Sonra həmin şəxslərin iki mərhələ üzrə balları proqram təminatına daxil edilərək yerləşdirmə aparılır.
3.Yerdəyişmə üçün 1 vakant yerə iddia edənlərin sayı 1 nəfər olduqda müsahibə şifahi formada da aparıla bilər. Bu zaman peşə kompetensiyaları üzrə şifahi suallara verilən cavablar və şəxsi keyfiyyətlər qiymətləndirilir, nəticələr proqram təminatına daxil edilərək yerləşdirmə aparılır.
4.Yerdəyişmə üzrə vakant yerlərə yerləşdirmənin nəticələri dərhal elan edilir
[Linkleri görebilmek için üye olun veya giriş yapın.] --> linke daxil ola bilersiniz
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.