- Se-vinc
- İsmarıc sayı : 9
Xal : 17
Kayıt tarihi : 02/06/14
"Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə"
C.a. İyun 26, 2014 11:23 am
"Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə" Azərbaycan Respublikası təhsil nazirinin əmri
Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin yerdəyişməsini və işə qəbulunu mərkəzləşdirilmiş qaydada, müsabiqə yolu ilə təşkil etmək məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında” Əsasnamənin 8.30-cu, 8.39-cu və 13.5-ci bəndlərini rəhbər tutaraq
3.1. Ümumi təhsil müəssisələrindən və peşə liseylərindən daxil olan vakant yerləri təhlil etsinlər və müəllimlərin yerdəyişməsi və işə qəbulu üzrə müsabiqələr üçün iyun ayının 1-dək müvafiq qaydada elan verilməsini təmin etsinlər.
3.2. 01-10 iyun 2014-cü il tarixlərində iş yerinin dəyişdirilməsi üzrə, 01-15 iyul 2014-cü il tarixlərində isə müəllimlərin işə qəbul üzrə elektron ərizələrin qəbulunu təşkil etsinlər.
4. Təhsil sisteminin informasiyalaşdırılması idarəsi (S.Məmmədov) müəllimlərin yerdəyişməsi və işə qəbulu üzrə müsabiqələrin keçirilməsi ilə bağlı elektron proqram təminatı üzrə texniki hazırlıq işlərinin və zəruri təşkilati məsələlərin yerinə yetirilməsini təmin etsin.
5. İnsan resursları şöbəsi (F.Qədirov), Daxili nəzarət şöbəsi (K.Quliyev) müəllimlərin yerdəyişməsi və işə qəbulu üzrə müsabiqələrin müsahibə mərhələsində namizədlərin təhsil sənədlərinin yoxlanılmasını təmin etsinlər.
6. İnsan resursları şöbəsi (F.Qədirov):
6.1. İşə qəbul üzrə müsabiqənin keçirilməsi üçün müvafiq ixtisaslar üzrə test tapşırıqlarının hazırlanmasını və onların məxfiliyini təmin etsin.
6.2. Müəllimlərin yerdəyişməsi və işə qəbulu ilə bağlı müsabiqələrin nəticələrinin Nazirliyin rəsmi İnternet saytında yerləşdirilməsini, təsdiq olunmuş siyahıların müşayiətedici məktubla yerli təhsili idarəetmə orqanlarına və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinə göndərilməsini təmin etsin.
7. Yerli təhsili idarəetmə orqanlarının, ümumi təhsil müəssisələrinin və peşə liseylərinin rəhbərləri:
7.1. 2014-cü il may ayının 15-dək yeni tədris ili üçün vakant yerlər barədə məlumatı müəyyənləşdirilmiş forma üzrə kağız və elektron variantda Təhsil Nazirliyinə təqdim etsinlər.
7.2. Müsabiqə nəticəsində yerini dəyişən və işə qəbul olunan müəllimlərlə əmək müqavilələrinin bağlanılmasını təmin etsinlər.
7.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin“Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” 14 aprel 2010-cu il tarixli 67 nömrəli Qərarına uyğun həvəsləndirmə tədbirləri tətbiq olunan yerlərə işə qəbul olunacaq müəllimlər üçün ilkin yaşayış şəraitinin yaradılmasını, nəzərdə tutulmuş stimullaşdırıcı tədbirlərin vaxtında verilməsini təmin etsinlər.
7.4. Nazirliyin keçirdiyi müsabiqələrin nəticəsi olaraq yerini dəyişən və yeni işə qəbul olunan, həmçinin dərs ili başlandıqdan sonra mövcud vakant yerlər haqqında sentyabrın 20-dək Təhsil Nazirliyinə yazılı məlumat təqdim etsinlər.
8. İnformasiya şöbəsi (E.Əliyev) Nazirliyin İnternet saytında “Müəllimlərin işə qəbulu üzrə müsabiqə” səhifəsində bu əmrin, işə qəbul üzrə müsabiqədə iştirak edən namizədlər üçün nəzərdə tutulmuş digər məlumatların və müsabiqələrin nəticələrinin yerləşdirilməsini, vakant yerlər haqqında məlumatın “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını təmin etsin.
9. Azərbaycan Respublikası təhsil nazirinin “2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə” 28 iyun 2013-cü il tarixli 712 nömrəli əmri qüvvədən düşmüş hesab edilsin.
10. Əmrin icrasına nəzarət Aparat rəhbərinə (M. Eynullayev) həvalə edilsin.
Əsas: İnsan resursları şöbəsinin müdiri F.Qədirovun təqdimatı

ƏMR EDİRƏM:
1. “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu Qaydaları” (Əlavə 1)” və “Müsabiqə yolu ilə müəllimlərin yerdəyişməsi və işə qəbulu qaydalarının tətbiqini tənzimləyən sənədlər toplusu (Əlavə 2)” təsdiq edilsin (əlavə olunur).
2. 2014-2015-ci tədris ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun keçirilməsi üçün müsabiqə və apelyasiya komissiyalarının tərkibi təsdiq edilsin (əlavə olunur).
3. İnsan resursları şöbəsi (F.Qədirov), İlk peşə və orta ixtisas təhsili şöbəsinin İlk peşə-ixtisas təhsili sektoru (N.Məmmədov):
3.1. Ümumi təhsil müəssisələrindən və peşə liseylərindən daxil olan vakant yerləri təhlil etsinlər və müəllimlərin yerdəyişməsi və işə qəbulu üzrə müsabiqələr üçün iyun ayının 1-dək müvafiq qaydada elan verilməsini təmin etsinlər.
3.2. 01-10 iyun 2014-cü il tarixlərində iş yerinin dəyişdirilməsi üzrə, 01-15 iyul 2014-cü il tarixlərində isə müəllimlərin işə qəbul üzrə elektron ərizələrin qəbulunu təşkil etsinlər.
4. Təhsil sisteminin informasiyalaşdırılması idarəsi (S.Məmmədov) müəllimlərin yerdəyişməsi və işə qəbulu üzrə müsabiqələrin keçirilməsi ilə bağlı elektron proqram təminatı üzrə texniki hazırlıq işlərinin və zəruri təşkilati məsələlərin yerinə yetirilməsini təmin etsin.
5. İnsan resursları şöbəsi (F.Qədirov), Daxili nəzarət şöbəsi (K.Quliyev) müəllimlərin yerdəyişməsi və işə qəbulu üzrə müsabiqələrin müsahibə mərhələsində namizədlərin təhsil sənədlərinin yoxlanılmasını təmin etsinlər.
6. İnsan resursları şöbəsi (F.Qədirov):
6.1. İşə qəbul üzrə müsabiqənin keçirilməsi üçün müvafiq ixtisaslar üzrə test tapşırıqlarının hazırlanmasını və onların məxfiliyini təmin etsin.
6.2. Müəllimlərin yerdəyişməsi və işə qəbulu ilə bağlı müsabiqələrin nəticələrinin Nazirliyin rəsmi İnternet saytında yerləşdirilməsini, təsdiq olunmuş siyahıların müşayiətedici məktubla yerli təhsili idarəetmə orqanlarına və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinə göndərilməsini təmin etsin.
7. Yerli təhsili idarəetmə orqanlarının, ümumi təhsil müəssisələrinin və peşə liseylərinin rəhbərləri:
7.1. 2014-cü il may ayının 15-dək yeni tədris ili üçün vakant yerlər barədə məlumatı müəyyənləşdirilmiş forma üzrə kağız və elektron variantda Təhsil Nazirliyinə təqdim etsinlər.
7.2. Müsabiqə nəticəsində yerini dəyişən və işə qəbul olunan müəllimlərlə əmək müqavilələrinin bağlanılmasını təmin etsinlər.
7.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin“Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” 14 aprel 2010-cu il tarixli 67 nömrəli Qərarına uyğun həvəsləndirmə tədbirləri tətbiq olunan yerlərə işə qəbul olunacaq müəllimlər üçün ilkin yaşayış şəraitinin yaradılmasını, nəzərdə tutulmuş stimullaşdırıcı tədbirlərin vaxtında verilməsini təmin etsinlər.
7.4. Nazirliyin keçirdiyi müsabiqələrin nəticəsi olaraq yerini dəyişən və yeni işə qəbul olunan, həmçinin dərs ili başlandıqdan sonra mövcud vakant yerlər haqqında sentyabrın 20-dək Təhsil Nazirliyinə yazılı məlumat təqdim etsinlər.
8. İnformasiya şöbəsi (E.Əliyev) Nazirliyin İnternet saytında “Müəllimlərin işə qəbulu üzrə müsabiqə” səhifəsində bu əmrin, işə qəbul üzrə müsabiqədə iştirak edən namizədlər üçün nəzərdə tutulmuş digər məlumatların və müsabiqələrin nəticələrinin yerləşdirilməsini, vakant yerlər haqqında məlumatın “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını təmin etsin.
9. Azərbaycan Respublikası təhsil nazirinin “2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə” 28 iyun 2013-cü il tarixli 712 nömrəli əmri qüvvədən düşmüş hesab edilsin.
10. Əmrin icrasına nəzarət Aparat rəhbərinə (M. Eynullayev) həvalə edilsin.
Əsas: İnsan resursları şöbəsinin müdiri F.Qədirovun təqdimatı
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
21 aprel 2014-cü il
№445
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.