TƏHSİL FORUMU

Paylaş
Əvvəlki mövzuAşağa gitmekSonrakı mövzu
avatar
Admin
İsmarıc sayı : 185
Xal : 305
Kayıt tarihi : 03/08/10
Yaş : 35
Şəhər/ölkə : Azerbaycan,Yevlax
İstifadəçi mə`lumatlarına baxhttp://inf-math.narod.ru

http://info-math.net/ saytı haqqında

Bir Ş. Avq. 11, 2012 11:07 am
Bu sayt geniş istifadəçi kütləsi üçün nəzərdə tutulmuşdur. Bildiyimiz kimi Azərbaycan Respublikasının təhsil sistemində Riyaziyyat və İnformatika fənlərinin tədrisi getdikcə müasir dünya standartları səviyyəsinə yüksəldilir. Bu zaman yeni məlumatların zəruriliyi özünü aşkar şəkildə biruzə verir. Yeni məlumatlar əldə etmək vacib olsa da Azərbaycan Respublikasının İnternet mühitində Riyaziyyat və informatika fənləri üzrə Azərbaycan dilli resurslar kifayət qədər azlıq təşkil edir.
Müasir dövr komputer təhsilini vacib hesab edir. XXI əsrdə isə riyaziyyat elmini komputersiz təsəvvür etmək mümkün deyildir. Çünki, çoxhədli diferensial tənliklərin, müxtəlif açılışların, inteqral sistemlərin hesablanmasında və kosmik tədqiqatların aparılmasında komputer və riyaziyyatın sintezindən istifadə qaçınılmazdır.

Məhz bu səbəbdən mən bir Azərbaycan dilli resurs olan bu saytı yaratmağı qərara aldım. Bu sayt ensiklopedik xarakter daşıyır və daim yenilənməkdədir. Təqdim etdiyim hissələrdə riyaziyyat, informatika, komputer, pedaqoqika, təhsil və dizayn sahələrinə aid çoxsaylı materiallar toplanmışdır.

Saytda Blum Taksanomiyası və müasir təlim metodları geniş formada izah edilir. Azərbaycan müəllimlərinin bu metodlarla tanış olmaları və öz dərslərində tətbiq etmələri tərəfimizdən arzu olunur. Ümid edirəm ki,siz müasir təlim metodları ilə tanış olaraq onların mahiyyətini tam mənimsəyəcəksiniz.

Saytda həmçinin elektron test sistemi də yerləşdirilmişdir. Hesab edirəm ki, bu sistem qəbul imtahanlarına hazırlaşan şagirdlərə də kömək edəcəkdir. Test sistemimizlə yanaşı saytda yerləşdirilmiş materiallar tamamilə pulsuzdur və istifadəçilərdən heç nə tələb olunmur.
[Linkleri sadece adminler görebilir.]
İstifadəçilərimizin nəzərinə çatdırmaq istəyirəm ki, bu saytda C++, Delphi proqramlaşdırma mühitləri və ASP, PHP kimi web-proqramlaşdırma dilləri kimi mürəkkəb developer sistemlərlə işləmə imkanları ardıcıl dərslər şəklində sizlərə təqdim olunur.

Sayt ayda bir dəfə yenilənir. İstifadəçilərdən xahiş olunur ki, sayt haqqında öz fikirlərini, istəklərini və iradlarını Qonaq kitabına yazsınlar və ya Facebook səhifəmizdə paylaşsınlar.
Əvvəlki mövzuƏvvələ qayıtSonrakı mövzu
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.