TƏHSİL FORUMU

TƏHSİL FORUMU

HÖRMƏTLİ MÜƏLLİMLƏR. GƏLİN TƏHSİLİMİZLƏ, BİLİYİMİZLƏ, TƏCRÜBƏMİZLƏ VƏ İNTELLEKTUAL SƏVİYYƏMİZLƏ TƏHSİLİMİZİ DAHA DA İRƏLİ APARAQ...
 
AnasayfaTakvimMVSAxtarİstifadəçi siyahısıİstifadəçi qruplarıQeydiyyatdan keçinGiriş

Paylaş | 
 

 Çeviklik qabiliyyətinin uşaqlarda inkişaf etdirilməsi

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek 
MüəllifIsmarıc
Admin
Admin


İsmarıc sayı : 185
Xal : 305
Kayıt tarihi : 03/08/10
Yaş : 34
Şəhər/ölkə : Azerbaycan,Yevlax

Yeni mövzuMövzu: Çeviklik qabiliyyətinin uşaqlarda inkişaf etdirilməsi   Ş. İyul 21, 2012 12:26 pm

Müasir zamanda hərəkətin səmərəliliyi,dinamik dəqiqliyi,diqqətin cəmləşdirilməsi və yönləndirilməsini və reaksiya sürətini tələb edən hərəkət fəaliyyətinə ehtiyac artmışdir.Bütün bu qabiliyyət və keyfiyyətlər fiziki tərbiyə prossesində “çeviklik “ məfhumu ilə əlaqələndirirlər.
Çeviklik keyfiyyəti hərəkətlərin dəqiq, düzgün,səmərəli istifadəsi , koordinasiyalı hərəkətlərin mənimsənilməsi və şəraitə görə hərəkət fəaliyyətini dəyişdirməklə xarakterizə olunur.Bu keyfiyyətə yiyələnmədən müəyyən şəraitlərdə özünü, vücudunu və hərəkətlərini idarə etmək mümkün deyil.
Hərəkət çevikliyi müəyyən peşə fəaliyyətində, ev şəraitində,atletika, gimnastika,idman oyunları, akrobatika, hərbi hazırlıqda və s. özünü biruzə verir.Çeviklik keyfiyyətinin cəlbedici cəhəti onun əlçatmaz olmamasıdır , yəni orta göstəricilərə malik olan insana ən çətin və mürəkkəb şəraitlərdən qalib çıxmasına imkan yaratmasıdır.Bu keyfiyyəti insanda aşkara çıxartmaq,onun səviyyəsini artırmaq mümkündür.Qeyd etmək lazımdır ki, bu keyfiyyəti insanda ildən ilə artırmaq olur və digər psixofiziki keyfiyyətlərə nisbətən daha çox qalır.
Uşaqların fiziki tərbiyə dərslərində çevikliyinin artırılmasının effektli olması üçün aşağıdakı şərtlərə əməl etmək lazımdır :
1.Onlar müntəzəm olaraq hərəkət bacarıqlarını əldə edirlər;
2.Əsas hərəkətlərim mürəkkəbliyi tədricən artırılmalıdır;
3.Hərəkətlərin icrası zamanı yeniliklər tətbiq etməli;
4.Hərəkət parametrlərinin dinamikası və zaman müstəvisində müxtəlif üsul və vasitələrdən istifadə etməli.
Qədimlərdə insanların çevikliyi onların yaşamaq uğrunda mübarizə,vəhşi heyvan,balıq və quş ovunda özünü biruzə verirdi. İnsanın çevikliyi elə indi də onun bədəninin müəyyən ( və ya qeyri müəyyən-ekstremal) şəraitdə cəldliyi ,reaksiyası ilə ölçülür.
Aşağı yaş qrupuna aid olan (6-11 yaş) uşaqlarda çeviklik keyfiyyəti daha yaxşı mənimsənilir. Bu dövrdə çevikliyin inkişafı üçün müxtəlf(rəngarəng) metodiki vasitələrdən istifadə edilir :
1.Qeyri adi başlanğıc vəziyyətlərdən istifadə;
2.Hərəkətin sürət və tempinin dəyişilməsi,elementlərin müxtəlif ardıcıllığının icrası;
3.Hərəkətlərin müxtəlif üsullarla yerinə yetirilməsi (alətlərin yuxarıdan,yandan ,aşağıdan atılması ; bir,iki ayaq üstə və dönmələrlə hoppanmalar;müxtəlif ölçülü və çəkili alətlərlə hərəkətlər);
Uşaqlarda çevikliyin inkişafında oyun və yarış metodları daha effektli nəticə verir.Oyun metodu qısa vaxt ərzində və ya şəraitdə hərəkətlərin icrasıni nəzərdə tutur.Ona görə də fiziki tərbiyə dərslərində müxtəlif mütəhərrik oyunlar,çevikliyin inkişafına yönələn estafetlərin verilməsi məqsədəuyğundur.
Çevikliyin inkişaf prossesində bədənin müvazinəti, statik və dinamik vəziyyətlərdə balansın saxlanılması əsas yer tutur(statik hərəkətlər-idman gimnastikaslnda duruşlar,dinamik-qaçış,tullanmalar və s.).
Fiziki tərbiyə dərslərinin hər birində aşağıdakı hərəkətlərin verilməsi məqsədəuyğundur :
1.Əlaqəli şəkildə verilən ümumifiziki hazırlıq hərəkətləri;dönmə və tullanma ilə qaçış hərəkətləri;arxa-arxaya,yan-yanı ,istiqaməti dəyişməklə;
2.Topun müxtəlif başlanğc vəziyyətlərindən atılması,tullanmadan,dönmədən sonra; sürətli qaçışla hədəfə atmalar;hər iki əllə ardıcıl olaraq hədəfə atmalar; hündürlüyə,uzunluğa müxtəlif üsullarla tullanmalar;
3.Eyni maneələr zolağında çeviklik tələb edən müxtəlif hərəkətlərin verilməsi (labirintlərlə,3 m –dək uzunluğunda maneəni keçməklə qaçışlar);
4.Gimnastika alətlərində və akrobatik hərəkətlər,90,180,360 dərəcə dönmə ilə tullanmalar;
5.Topun hədəfə ,hərəkət zamanı yerindən,dönmələr, hoppanmalar ,irəli mayallaq aşandan sonra səbətə atılması;artma sürəti ilə hədəfə atmalar;əlləri dəyişməklə ,maneələri keçməklə topun çilənərək aparılması;
6. Qeyri hamar yerlərin dəf edilməsi,yerində və qaçış zamanı dönmələr.
Sonda aşağıdakı nəticəyə gəlmək olar :
Çeviklik müxtəlif şəraitlərdə hərəkət fəaliyyətinin dəqiq,düzgün və müəyyən qısa vaxt ərzində icrasını , həmçinin bu keyfiyyətin metod və vasitələri hərəki qabiliyyətlərin dəyişilməsi ilə nəticələnən yeni hərəkətlərin öyrəniıməsini nəzərdə tutur;
Əvvələ qayıt Aşağa gitmek
İstifadəçi mə`lumatlarına bax http://inf-math.narod.ru
 
Çeviklik qabiliyyətinin uşaqlarda inkişaf etdirilməsi
Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
TƏHSİL FORUMU :: Kurikulum-
Keç: