TƏHSİL FORUMU

TƏHSİL FORUMU

HÖRMƏTLİ MÜƏLLİMLƏR. GƏLİN TƏHSİLİMİZLƏ, BİLİYİMİZLƏ, TƏCRÜBƏMİZLƏ VƏ İNTELLEKTUAL SƏVİYYƏMİZLƏ TƏHSİLİMİZİ DAHA DA İRƏLİ APARAQ...
 
AnasayfaTakvimMVSAxtarİstifadəçi siyahısıİstifadəçi qruplarıQeydiyyatdan keçinGiriş

Paylaş | 
 

 Kurikulumun əsas xüsusiyyətləri

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek 
MüəllifIsmarıc
serkerde



İsmarıc sayı : 4
Xal : 4
Kayıt tarihi : 13/07/13
Şəhər/ölkə : baki

Yeni mövzuMövzu: Geri: Kurikulumun əsas xüsusiyyətləri   Ç.a. Avq. 06, 2013 4:03 pm

Allah razi olsun
Əvvələ qayıt Aşağa gitmek
İstifadəçi mə`lumatlarına bax
Admin
Admin


İsmarıc sayı : 185
Xal : 305
Kayıt tarihi : 03/08/10
Yaş : 34
Şəhər/ölkə : Azerbaycan,Yevlax

Yeni mövzuMövzu: Kurikulumun əsas xüsusiyyətləri   Ş. İyul 21, 2012 12:07 pm

Kurikulum islahatını zəruri edən bir sıra səbəblər vardır:

1. Cəmiyyətdə yeni ictimai münasibətlərin yaranması
2. Dünya təhsil sisteminə inteqrasiya İnformasiya əsrinin tələbləri
3. Təhsilin məqsəd və vəzifələrinə yeni baxış və yanaşmaların formalaşması
4. Mövcud ümumi təhsil proqramlarının müasir tələblərə cavab verməməsi
5. Planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid


Müasir kurikulumun ənənəvi təhsil proqramından bir sıra üstünlükləri vardır.Fənn kurikulumlarının səciyyəvi cəhətlərinin müqayisəli təsviri:

1. Ənənəvi təhsil proqramı bilikyönümlüdür.Müasir kurikulum isə şəxsiyyətyönümlüdür.
2. Ənənəvi təhsil proqramı müəllimyönümlüdür.Müasir kurikulum isə şagirdyönümlüdür.
3. Ənənəvi təhsil proqramı fənyönümlüdür.Müasir kurikulum isə nəticəyönümlüdür.
4. Ənənəvi təhsil proqramında fəndaxili və fənlərarası əlaqə məqsədyönlü və sistemli xarekter daşımır.Müasir kurikulumunda isə inteqrativlik əsas prinsip kimi qəbul olunub.
5. Ənənəvi təhsil proqramı təklifyönümlüdür.Müasir kurikulum isə tələbyönümlüdür.

Kurikulum konseptual sənədinin qəbul olunması ilə Azərbaycan təhsil sisteminədə müasir qiymətləndirmədən istifadə olunmağa başlandı.Müasir qiymətləndirmnin ənənəvi qiymətləndirmə ilə müqayisədə bir sira üstünlükləri nəzərə çarpır:


1. Ənənəvi qiymətləndirmə şagirdə qiymət yazmaq kimi qəbul olunurdu,şagird yalnız qiymət almaq xatirinə oxuyurdu.Müasir qiymətləndirmədə isə qiymətləndirmə təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəldilir və onu idarə edeən vacib amil kimi meydana çıxır
2. Ənənəvi qiymətləndirmə zamanı cari qiymətləndirmə formalizmə gətirib çıxarırdı.Bunun əksinə olaraq müasir qiymətləndirmədə cari qiymətləndirilmənin aradan qaldırılması qiymətləndirmənin obyektivliyini təmin edir.
3. Ənənəvi qiymətləndirmədə əsasən bilik səviyyəsi qiymətləndirilirdi.Müasir qiymətləndirilmədə isə şagirdin naliyyəti qiymətləndirilir,inkişafı sistemli şəkildə izlənilir. Ənənəvi qiymətləndirmədə qiymətləndirmə standartları mövcud deyil.Müasir qiymətləndirmədə isə məzmun standartlarının mənimsənilməsi səviyyəsini ölçmək üçün qiymətləndirmə standarları müəyyənləşdirilmişdir.
Əvvələ qayıt Aşağa gitmek
İstifadəçi mə`lumatlarına bax http://inf-math.narod.ru
 
Kurikulumun əsas xüsusiyyətləri
Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
TƏHSİL FORUMU :: Kurikulum-
Keç: