TƏHSİL FORUMU

TƏHSİL FORUMU

HÖRMƏTLİ MÜƏLLİMLƏR. GƏLİN TƏHSİLİMİZLƏ, BİLİYİMİZLƏ, TƏCRÜBƏMİZLƏ VƏ İNTELLEKTUAL SƏVİYYƏMİZLƏ TƏHSİLİMİZİ DAHA DA İRƏLİ APARAQ...
 
AnasayfaTakvimMVSAxtarİstifadəçi siyahısıİstifadəçi qruplarıQeydiyyatdan keçinGiriş
Paylaş | 
 

 Açıq dərs planları

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek 
Səhifə : Önceki  1, 2, 3, 4, 5, 6 ... 9, 10, 11  Sonraki
MüəllifIsmarıc
Admin
Admin


İsmarıc sayı: 184
Xal: 302
Kayıt tarihi: 03/08/10
Yaş: 33
Şəhər/ölkə: Azerbaycan,Yevlax

Yeni mövzuMövzu: Açıq dərs planları   Ç.a. Sen. 06, 2011 9:47 am

Konunun ilk mesajı :

Hörmətli müəllimlər, bir-birimizə kömək edərək açıq dərs planlarımızı burada yerləşdirək...
Əvvələ qayıt Aşağa gitmek
İstifadəçi mə`lumatlarına bax http://inf-math.narod.ru

MüəllifIsmarıc
nasirof



İsmarıc sayı: 4
Kayıt tarihi: 25/11/11

Yeni mövzuMövzu: tarix-9   C. Noy. 25, 2011 11:06 am

Müəllim sinfə daxil olduqdan sonra davamiyyəti yoxlayaraq dərsə başlayır. Ilk öncə Azərbaycanın 2 tarixi xəritəsi(XVI və XVIII əsrlərə aid) və Azərbaycanın tarixi şəxsiyyətlərinin(Cavanşir, Babək, Atabəy Eldəniz, Uzun Həsən, Şah İsmayıl, Şah Abbas, Koroğlu, Nadir Şah və Cavad xan Əfşar) şəkillərindən ibarət motivasiya qurur. Motivasiya sualları: 1. Tarixən Azərbaycan ərazisinə hansı dövlətlər hücum etmişlər? 2. Bu şəxsləri birləşdirən xüsusiyyətlər hansılardır? 3. 18-ci əsrin sonu-19-cu əsrin əvvəllərində Azərbaycan hansı dövlətlərin maraq dairəsində idi? 4. 1783-cü, 1801-ci və 1803-cü illəri birləşdirən əsas xüsusiyyətlər hansılardır? 5. Bu istiqamətləri sizcə nə birləşdirə bilər? 6. Cavad xanın Azərbaycan torpaqları olan Qazax və Şəmsəddin ərazilərinin Gürcüstandan geri alması və Borçalı uğrunda mübarizəsi hansı dövlətlərin maraqlarına toxunurdu? 7. Bu sözlərin müəllifi kimdir və ekranda gördüyünüz səhnə barədə nə deyə bilərsiniz?
Mövzu ilə bağlı şagirdlərin köhnə biliklərini yoxlamaq üçün müəllim aşağıdakı suallarla müraciət edir:
1. Gəncə xanlığı nə vaxt və kim tərəfindən yaradılmışdı?
2. Gəncə xanlığının Qarabağ xanlığı və Gürcüstanla münasibətləri haqda nə bilirsiniz?
3. Cavad Xan hansı şəraitdə Gəncə xanı oldu?
4. Ruslar tərəfindən ilk işgal olunan Azərbaycan əraziləri hansılar olmuşlar?
Yazı taxtasına BİBÖ cədvəli çəkilir, 1-ci və 2-ci sütun şagirdlərin köhnə bilikləri və yeni nə öyrənmək istəklərinə uyğun doldurulur, sonra aşağıdakı tapşırıqları verir:
1. Gəncə xanlığının yaranması, Gəncə xanlarının mənşəyi barədə biliklərinizi genişləndirin.
2. Cavad xanla Sisiyanov arasındakı məktublaşmanın əsas mahiyyətini araşdırın.
3. Şəmkir və Gəncə döyüşləri ilə bağlı biliklər toplayın.
4. Gəncənin işğalından sonra baş verən hadisələri öyrənin.
Tədqiqat aparmaq və tapşırıqları yerinə yetirmək üçün IX sinif “Azərbaycan tarixi” ktabından istifadə etmək məsləhət edilir. Yeni biliklər əldə etmək üçün 15 dəqiqə vaxt ayrılır. Tapşırıqlara ayrılmış vaxt bitdikdən sonra şagirdlərin qavranma səviyyəsinin yoxlanılması üçün aşağıdakı suallardan ibarət sual vərəqləri paylanılır:
1. Rusların Gəncəyə hücumu üçün bəhanəsi nə idi?
2. P.Sisiyanov Gəncənin təslim olacağı halda Cavad xana nə kimi təkliflər irəli sürmüşdür?
3. Gəncəlilərlə ruslar arasındakı ilk döyüşdə rusların qələbə çalmasının əsas səbəbləri nə idi?
4. Nə üçün Sisiyanov öz zabitlərinə “ya şərəfli ölüm, ya da şərəfsiz həyat” arasında seçim etməyi təklif etdi?
5. Cavad xan kömək üçün hansı xanlara müraciət etdi və bunun nəticəsi nə oldu?
6. Rusların Gəncənin işğalına verdiyi dəyər?
Sualları cavablandırmaq üçün 10 dəqiqə vaxt verilir və sualları A4 formatındakı kağızlarda cavablandırmaq tapşırılır.
Tapşırıqlar yerinə yetirildikdən sonra şagirdlər suallara verdikləri cavablara əsasən qruplara bölünür. Hər qrupa tapşırıq verilir:
1-ci qrup – Kontur xəritədə Şəmkir və Gəncə döyüşü baş verən yerləri işarələyin.Rus qoşunlarının Tiflisdən Gəncəyə və Tiflisdən Car-Balakənə qədər keçdikləri məsafəni hesablayın və müqayisə edin.
2-ci qrup - Cavad xanın şəxsi keyfiyyətləri barədə esse yazın.
3-cü qrup - Cavad xanın məqbərəsinin A1 formatında olan kağızda təsvirini hazırlayın (təsvir hazırlanarkən qəbirüstü yazı qeyd olunmalı və Cavad xanın ölüm tarixi riyazi hesablama yolu ilə hicri tarixlə göstərilməli).
4-cü qrup - P.Sisiyanov və Cavad xanın xanımının qarşılaşdığı səhnəni rollar vastəsilə səhnələşdirin.
Qrupların işi meyarlar cədvəlinə uyğun qiymətləndirilir.
Hər bir qrup öz işini yekunlaşdırdıqdan sonra şarirdlərin mövzu ilə bağlı müzakirəsini təşkil etmək üçün müəllim aşağıdakı suallarla müraciət edir:
- Rusların Azərbaycanın işğalına nə üçün Gəncədən başladığını izah edin.
- Cavad xan rusların təkliflərini nə üçün qəbul etmədi?
- Digər Azərbaycan xanlıqları nə üçün Cavad xana və beləliklə bütövlükdə Azərbaycana xəyanət etdilər?
Müzakirələr bitdikdən sonra şagirdlərə aşağıdakı suallara cavab vermək təklif olunur:
- Əgər Qarabağ və Şəki xanları söz verdikləri kimi Cavad xana kömək etsəydilər Azərbaycanın ruslar tərəfindən işğalı baş tutardımı?
- Qarabağ münaqişəsi başladığı dövrdə Azərbaycana Cavad xan başçılıq etsəydi sizcə Azərbaycanın müasir tarixi hansı istiqamətdə inkişaf edərdi?
Daha sonra yeni əldə olunan biliklərin şagirdlər üçün yararlığını müəyyən etmək üçün müəllim onlardan soruşur:
- Cavad xanın ruslara qarşı mübarizəsindən nə öyrəndik?
- Cavad xanın hansı şəxsi xüsusiyyətləri hər birimiz üçün örnək olmalıdır?
Bütün cavablar dinlənildikdən sonra BİBÖ cədvəlinin 3-cü sütunu doldurulur. Şagirdlər meyarlar cədvəli vasitəsilə fərdi olaraq qiymətləndirilir.
Əvvələ qayıt Aşağa gitmek
İstifadəçi mə`lumatlarına bax
ulker



İsmarıc sayı: 76
Xal: 84
Kayıt tarihi: 06/09/11
Yaş: 26
Şəhər/ölkə: BAKI

Yeni mövzuMövzu: Geri: Açıq dərs planları   Ş. Okt. 15, 2011 6:13 pm

Nəhayət ki,mənim də dərsim bura yükləndi.çoxsağolun.ancaq biraz gec oldu
Əvvələ qayıt Aşağa gitmek
İstifadəçi mə`lumatlarına bax
Admin
Admin


İsmarıc sayı: 184
Xal: 302
Kayıt tarihi: 03/08/10
Yaş: 33
Şəhər/ölkə: Azerbaycan,Yevlax

Yeni mövzuMövzu: Ders formasi   Ş. Okt. 15, 2011 8:26 am

Ulker xanima tesekkurler...
Eklentiler
Heyat_bilgisi.ppt
You don't have permission to download attachments.
(4.2 MB) Downloaded 63 times
Əvvələ qayıt Aşağa gitmek
İstifadəçi mə`lumatlarına bax http://inf-math.narod.ru
Admin
Admin


İsmarıc sayı: 184
Xal: 302
Kayıt tarihi: 03/08/10
Yaş: 33
Şəhər/ölkə: Azerbaycan,Yevlax

Yeni mövzuMövzu: Təşəkkür   C. Sen. 30, 2011 6:22 pm

YERLƏŞDİRDİYİMİZ DƏRS PLANLARININ HAZIRLANMASINDA VƏ YERLƏŞDİRİLMƏSİNDƏ GÖSTƏRDİKLƏRƏ KÖMƏKLİYƏ GÖRƏ ƏLAQƏDAR ŞƏXSLƏRƏ TƏŞƏKKÜR EDİRİK.
Əvvələ qayıt Aşağa gitmek
İstifadəçi mə`lumatlarına bax http://inf-math.narod.ru
Admin
Admin


İsmarıc sayı: 184
Xal: 302
Kayıt tarihi: 03/08/10
Yaş: 33
Şəhər/ölkə: Azerbaycan,Yevlax

Yeni mövzuMövzu: Dərs plan vəsaiti   C. Sen. 30, 2011 6:19 pm

VIII sinif. Zoologiya.
Mövzu: Sürünənlərin mənşəyi və təkamülü.
Eklentiler
Zoologiya_8_Surunenlerin_mensheyi_ve_tekamulu.doc
You don't have permission to download attachments.
(136 KB) Downloaded 28 times
Əvvələ qayıt Aşağa gitmek
İstifadəçi mə`lumatlarına bax http://inf-math.narod.ru
Admin
Admin


İsmarıc sayı: 184
Xal: 302
Kayıt tarihi: 03/08/10
Yaş: 33
Şəhər/ölkə: Azerbaycan,Yevlax

Yeni mövzuMövzu: Dərs plan vəsaiti   C. Sen. 30, 2011 6:17 pm

VIII sinif. Azərbaycan tarixi.
Mövzu: Eldənizlər dövlətinin qüvvətlənməsi və tənəzzülü.
Eklentiler
Tarix_8_Eldenizler_dovleti.doc
You don't have permission to download attachments.
(135 KB) Downloaded 25 times
Əvvələ qayıt Aşağa gitmek
İstifadəçi mə`lumatlarına bax http://inf-math.narod.ru
 
Açıq dərs planları
Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt 
5 səhifə (Cəmi 11 səhifə)Səhifə : Önceki  1, 2, 3, 4, 5, 6 ... 9, 10, 11  Sonraki

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
TƏHSİL FORUMU :: -