TƏHSİL FORUMU

TƏHSİL FORUMU

HÖRMƏTLİ MÜƏLLİMLƏR. GƏLİN TƏHSİLİMİZLƏ, BİLİYİMİZLƏ, TƏCRÜBƏMİZLƏ VƏ İNTELLEKTUAL SƏVİYYƏMİZLƏ TƏHSİLİMİZİ DAHA DA İRƏLİ APARAQ...
 
AnasayfaTakvimMVSAxtarİstifadəçi siyahısıİstifadəçi qruplarıQeydiyyatdan keçinGiriş

Paylaş | 
 

 Müəllimlərin yerdəyişməsi üçün müsahibə proqramı

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek 
MüəllifIsmarıc
Se-vinc



İsmarıc sayı : 9
Xal : 17
Kayıt tarihi : 02/06/14

Yeni mövzuMövzu: Müəllimlərin yerdəyişməsi üçün müsahibə proqramı   C.a. İyun 26, 2014 11:30 am

Müəllimlərin yerdəyişməsi üçün müsahibə proqramı

1. Peşəkar kompetensiyalar
 
1.1.  İxtisas üzrə bilik və bacarıqlar (ümumi təhsil proqramları (kurikulumları)    çərçivəsində);
1.2. Metodiki biliklər (pedaqoji prosesin təşkili, müasir dərs və ona verilən tələblər, müasir təlim strategiyaları, yeni fənn kurikulumları, qiymətləndirmə konsepsiyası sahəsində bilikləri).
 
2. Təhsil sahəsində məlumatlılıq, dünyagörüşü, şəxsi keyfiyyətlər
 
2.2. Ölkədə təhsil islahatları, ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları);
2.3. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu;
2.4. Emosional stabillik, situasiyanı adekvat qiymətləndirmə bacarığı;
2.5. Analitik təhlil aparmaq, problem həll etmək və qərar vermək qabiliyyəti;
2.6. Dinləmə və ünsiyyətqurma bacarıqları.
 
3. Müsahibənin nəticələrinin qiymətləndirilməsi
 
3.1. Peşəkar kompetensiyalar – 35 bal (ixtisas üzrə bilik və bacarıqlar – 25 bal, metodiki biliklər – 10 bal).
3.2. Təhsil sahəsində məlumatlılıq, dünyagörüşü, şəxsi keyfiyyətlər – 5 bal (hər bir meyar üzrə 1 bal).
 
Qeyd:
1. “Müəllimlərin yerdəyişməsi üzrə müsabiqədə iştirak edən namizədlərin elektron ərizələri əsasında təhsil və nailiyyət göstəricilərinin qiymətləndirilməsi meyarları” üzrə proqram təminatı vasitəsilə hər bir namizədin qiymətləndirməsi aparılır.
2. Müsahibə iki mərhələdə həyata keçirilir. Birinci mərhələ yazılı formada kompyuter vasitəsilə keçirilir: müəllimlər ixtisas və metodika üzrə yazılı sualları 1 saat ərzində cavablandırır, dərhal proqram təminatı vasitəsilə qiymətləndirmə aparılır və düzgün cavabların sayı müəyyən edilir.
İkinci mərhələdə yüksək bal toplayan şəxslərlə (yerdəyişmə üçün müraciət edənlərin sayından asılı olaraq komissiya tərəfindən müsahibəyə buraxılanların faizi müəyyənləşdiriləcək) şifahi müsahibə aparılır, təhsil sahəsində məlumatlılıq, dünyagörüşü və şəxsi keyfiyyətlər qiymətləndirilir. Sonra həmin şəxslərin iki mərhələ üzrə balları proqram təminatına daxil edilərək yerləşdirmə aparılır.
3.Yerdəyişmə üçün 1 vakant yerə iddia edənlərin sayı 1 nəfər olduqda müsahibə şifahi formada da aparıla bilər. Bu zaman peşə kompetensiyaları üzrə şifahi suallara verilən cavablar və şəxsi keyfiyyətlər qiymətləndirilir, nəticələr proqram təminatına daxil edilərək yerləşdirmə aparılır.
4.Yerdəyişmə üzrə vakant yerlərə yerləşdirmənin nəticələri dərhal elan edilir






[Linkleri görebilmek için üye olun veya giriş yapın.]  --> linke daxil ola bilersiniz
Əvvələ qayıt Aşağa gitmek
İstifadəçi mə`lumatlarına bax
 
Müəllimlərin yerdəyişməsi üçün müsahibə proqramı
Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
TƏHSİL FORUMU :: İmtahanlar-
Keç: